...

ABŞ Misirdəki diplomatik nümayəndəliklərində təhlükəsizlik tədbirlərini gücləndirib

Dünya xəbərləri Materials 30 İyun 2013 20:22 (UTC +04:00)
ABŞ Misirdə öz diplomatlarının müdafiəsi üçün əlavə tədbirlər görürlər, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisinin müavini Ben Rods bazar günü bildirib.
ABŞ Misirdəki diplomatik nümayəndəliklərində təhlükəsizlik tədbirlərini gücləndirib

Azərbaycan, Bakı, 30 iyun /Trend/

ABŞ Misirdə öz diplomatlarının müdafiəsi üçün əlavə tədbirlər görür.Trend-in RİA Novosti agentliyinə istinadən bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisinin müavini Ben Rods bazar günü bildirib.

Misirdə kütləvi etiraz nümayişləri və polislə toqquşmalar keçir. Son günlərdə yeddi nəfər həlak olub, həmçinin informasiya agentliyində müxbir işləmiş ABŞ vətəndaşı.

"Biz səfirliyimizdə və konsulluqlarımızdada əlavə təhlükəsizliyin olması üçün tədbirlər gördük. Bizim personalımız əlavə ehtiyat tədbirlərini görür", - Rods deyib.

Bundan əvvəl ABŞ Misirdəki səfirliyin əməkdaşlarının bir hissəsinə ölkəni tərk etməyə icazə verib, həmçinin mümkün qədər öz vətəndaşlarına müvəqqəti Misirə səfərlərdən çəkinməyi məsləhət görüb.

Bununla yanaşı Ağ ev nümayəndəsi ABŞ mətbuatında həmin ölkənin Misirə öz diplomatlarının müdafiəsi üçün hərbçiləri göndərilməsinə hazırlaşması barədə yayılan məlumatı təkzib edib.

"Mən dünən Misirə hərbçilərin göndərilməsi haqqında yanlış xəbərləri gördüm. Bu məlumatlar həqiqətə uyğun deyil", - Rods deyib.

Onun sözlərinə görə, ABŞ vəziyyəti diqqətlə müşahidə edir.

"Biz istəyirik ki, Misirdə fikir ayrılıqları sülh yolu ilə həll olunsun, sülh etirazlarına, həmçinin müxalifətin sülh yolu ilə etiraz etmək öhdəliyinə hörmət edilsin", - Rods deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti