...

Tbilisidə dünyaca məşhur hotel tikiləcək

Dünya xəbərləri Materials 2 Avqust 2013 03:43 (UTC +04:00)
"Silk roud biznes qrup" şirkəti və "VTB Gürcüstan" bankı Tbilisidə "Park inn" mehmanxanasının tikintisinə 15 milyon larinin (1 dollar = 1,65 lari) ayrılması haqqında müqavilə bağlayıblar.
Tbilisidə dünyaca məşhur hotel tikiləcək

Gürcüstan, Tbilisi, 2 avqust / Trend, müxbir N.Kirtsxalia /

"Silk roud biznes qrup" şirkəti və "VTB Gürcüstan" bankı Tbilisidə "Park inn" mehmanxanasının tikintisinə 15 milyon larinin (1 dollar = 1,65 lari) ayrılması haqqında müqavilə bağlayıblar.

Müqavilənin şərtlərinə görə, 2 ildən sonra şəhərin mərkəzində keçmiş Tbilisi poçt binasında yeni "Park inn" mehmanxanası açılacaq. Mehmanxana təxminən 2015-ci ilin 3-cü rübündə işə başlayacaq.

"Rezidor qrup" brend sahibinin məlumatına görə, 200 nömrəli mehmanxana orta sinif müştəriləri üçün nəzərdə tutulub.

Bu gün "Rezidor qrup" artıq Tbilisi və Batumidə "Redisson" mehmanxanalarını idarə edir, həmçinin Gürcüstanın kurort regionlarında mehmanxanalar tikir. Layihənin tam qiyməti 22 milyon lari təşkil edir.

"Rezidor qrup" dünyanın ən böyük on mehmanxana şəbəkəsinə daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti