...

Qahirədə Mursi tərəfdarlarının və əleyhdarlarının arasında toqquşmalar baş verib

Dünya xəbərləri Materials 14 Avqust 2013 03:55 (UTC +04:00)
Qahirədə Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasında toqquşmalar baş verib.
Qahirədə Mursi tərəfdarlarının və əleyhdarlarının arasında toqquşmalar baş verib

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Qahirədə Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasında toqquşmalar baş verib. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə Frans Press agentliyi məlumat verir.

Əvvəllər Reyter agentliyi "Müsəlman Qardaşları" islam hərəkatının nümayəndələrinə istinadən xəbər verib ki, polis nəfərinin açdığı atəş nəticəsində şəhərin küçələrinə çıxan hərəkat üzvlərinin ən azı beş nəfəri yaralanıb. Agentlik həmçinin bildirib ki, qarşıdurma zamanı Mursinin bir tərəfdarı ölüb.

Xəbər lenti

Xəbər lenti