...

XİN: Gürcüstan Rusiyaya nota göndərib

Dünya xəbərləri Materials 26 Avqust 2013 16:57 (UTC +04:00)
Gürcüstan Rusiya Prezidenti Vladimir Putinin Gürcüstanın separatçı regionuna səfəri ilə əlaqədar Rusiya Federasiyasına nota göndərib.
XİN: Gürcüstan Rusiyaya nota göndərib

Gürcüstan, Tbilisi, 26 avqust /Trend, müxbir N.Kirtsxaliya/

Gürcüstan Rusiya Prezidenti Vladimir Putinin Gürcüstanın separatçı regionuna səfəri ilə əlaqədar Rusiya Federasiyasına nota göndərib. Bazar ertəsi Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze jurnalistlərə açıqlamasında bildirib ki, nota İsveçrə nümayəndələri vasitəsilə göndərilib.

Prezident Putin ötən gün Abxaziyaya səfər edib. O, Piçundada qondarma separatçı Abxaziya Respublikasının rəhbəri Aleksandr Ankvabla görüşüb. Bazar ertəsi Abxaziyada onun müstəqilliyinin Rusiya Federasiyası tərəfindən tanınmasının beş illiyi qeyd edilir.

Pancikidze vurğulayıb: "Bu fakt Gürcüstan müstəqilliyinə və ərazi bütövlüyünə daha bir qəsd olduğundan biz birmənalı olaraq bu səfəri qınayırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti