...

İran BAEA-dakı nümayəndəsini dəyişdi, Rza Nəcəfi Əli Əsğər Sultaniyəni əvəz edəcək

Dünya xəbərləri Materials 27 Avqust 2013 16:54 (UTC +04:00)
İran prezidenti Həsən Ruhani Rza Nəcəfini İranın Beynəlxalq Atom Enerjisi Agentliyində (BAEA) səfir və daimi nümayəndəsi kimi təqdim edib. Nəcəfi Əli Əsğər Sultaniyəni əvəz edəcək.
İran BAEA-dakı nümayəndəsini dəyişdi, Rza Nəcəfi Əli Əsğər Sultaniyəni əvəz edəcək

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir T.Cəfərov/

İran Prezidenti Həsən Ruhani Rza Nəcəfini İranın Beynəlxalq Atom Enerjisi Agentliyində (BAEA) səfiri və daimi nümayəndəsi kimi təqdim edib. Nəcəfi Əli Əsğər Sultaniyəni əvəz edəcək. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi məlumat verir.

Nəcəfinin bu vəzifəyə gəlməsi ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif tərəfindən prezidentə təklif olunub.

Nəcəfi bundan öncə İran XİN-də beynəlxalq və siyasi məsələlər üzrə idarə rəisi, XİN-nin Tərk-silah və Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəhbəri, BMT-nin tərk-silah komitəsində İranın nümayəndəsi və digər vəzifələrdə çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti