Azərbaycan, Bakı, 4 sentyabr / Trend /
ABŞ Suriyaya quru qoşunları yeritməyi planlaşdırmır.Trend RİA Novosti agentliyinə istinadən, bu barədə ABŞ dövlət katibi Con Kerri senatın xarici işlər üzrə komitəsində dinləmələrdə bildirib.
"Yerüstü əməliyyat olmayacaq. Prezident aydın şəkildə bildirib ki, biz vətəndaş müharibəsinə görə məsuliyyəti öz üzərimizə götürməyəcik. O, Bəşər Əsədin kimyəvi silahın tətbiq imkanlarını məhrum etmək üçün sanksiya almaq istəyir," - Kerri deyib.
"ABŞ Prezidenti amerikalılardan müharibəyə getmək tələb etmir. Müharibə nədir və prezident nəyi tələb edir, bunda fərq var,"- dövlət katibi bildirərək qeyd edib ki, əməliyyat ABŞ-ın strateji maraqlarına tam uyğundur.
Kerri həmçinin ABŞ-ın Suriyadakı vəziyyətə müdaxiləsinin əleyhinə olanları xəbərdarlıq edib ki, indi mücərrəd izolyasionizmın vaxtı deyil.