...

Türkiyədə aztəminatlı ailələr qaza görə ödənişdən azad oluna bilərlər

Dünya xəbərləri Materials 16 Sentyabr 2013 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Energetika Naziriliyi ölkədə aztəminatlı ailələrin məişət qazı istehlakına görə ödəmələrdən azad olunması ilə bağlı qanun layihəsi hazırlayır. Bu barədə Trend Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir.

Nəşrin məlumatına görə, qanun layihəsi yaxın vaxtlarda baxılması üçün ölkə hökumətinə təqdim ediləcək. Onun təsdiqlənməsindən sonra Əmək və Əhalinin Müdafiəsi Nazirliyi Türkiyədə güzəştdən istifadə edə biləcək aztəminatlı ailələrin siyahısını hazırlayacaq.

Qəzet bildirir ki, bu güzəşt əsasən Türkiyənin az inkişaf etmiş vilayətlərində yaşayan aztəminatlı ailələrə şamil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti