Gürcüstan, Tbilisi, 17 sentyabr /Trend, müxbir N. Kirsxaliya/
İranın "ATA AIRLINES" şirkətinin Tbilisi-Tehran reysi üzrə uçan sərnişin təyyarəsi Tbilisi aeroportuna geri qayıdıb.
Aeroportun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, təyyarə havaya qalxdıqdan sonra yaranmış texniki nasazlıq səbəbindən Tbilisi Beynəlxalq Hava Limanına qayıtmaq məcburiyyətində qalıb.
Sərnişinlər təyyarəni tərk ediblər.
İlkin məlumata əsasən, texniki problemlər aradan qaldırılıb və reys bir neçə saatdan sonra həyata keçiriləcək.
Təyyarənin məhz hansı texniki problemlərə görə geri qayıtmasının səbəbləri barədə məlumat verilmir.