...

Sergey Lavrov: KSQT müfəttişləri hansı kimyəvi silahın birbaşa Suriyada məhv edilməsini müəyyənləşdirəcəklər

Dünya xəbərləri Materials 30 Sentyabr 2013 05:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Kimyəvi silahların qadağan olunması üzrə Təşkilatın müfəttişləri müəyyən edəcəklər, hansı kimyəvi silahı Suriyada, hansıları isə xaricdə məhv etmək lazımdır. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Kommersant" qəzetinə müsahibəsində bildirib.

"Bunu peşəkarlar həll etməlidir. Onlar hər şeyi öz gözləri ilə görməlidir və müəyyən etməlidirlər ki, hansı zəhərləyici maddələr yerindəcə məhv edilə bilər və bunun üçün nə lazımdır. Ola bilsin ki, suriyalılarda bunun üçün lazımi güvvələr var, lakin mən buna şübhə ilə yanaşıram", - nazir deyib.

Onun sözlərinə görə, zəhərləyici maddələrin məhv edilməsi üçün daha bir imkan var - ABŞ-da və ya bir sıra ölkələrdə olan mobil qurğuların vasitəsilə.

Bundan başqa, nazir xatırladıb ki, Cenevrə razılaşmalarında və BMT Təhlükəsizlik Şurasının qətnaməsində zəhərləyici maddələrin bir hissəsinin məhv edilməsi üçün xaricə çıxarılması imkanına yol verilir.

" Bu vəziyyəti Təhlükəsizlik Şurasının qətnaməsində müəyyən etmək çox vacib idi, çünki Konvensiya kimyəvi silahların qadağan olunması üzrə belə bir imkanı nəzərdə tutmur. Bu konvensiyaya əsasən, silahı istehsal edən və ya ona malik olan ölkədə, o, məhv edilməlidir. Amma indi bizdə bütün variantlar var", - Lavrov bildirib.

"Peşəkar müfəttişlər yerindəcə başa düşəcəklər, hansı kombinasiyalarda bütün bu imkanlardan istifadə etmək olar," - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti