...

İtaliya deputatlar palatası Enriko Letta hökumətinə etimad göstərib

Dünya xəbərləri Materials 3 Oktyabr 2013 01:38 (UTC +04:00)
İtaliya parlamentinin deputatlar palatası Enriko Lettanın koalisiya hökumətinə etimad göstərib.
İtaliya deputatlar palatası Enriko Letta hökumətinə etimad göstərib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

İtaliya parlamentinin deputatlar palatası Enriko Lettanın koalisiya hökumətinə etimad göstərib. Hökumətin indiki tərkibdə gələcək işinə görə, 435 deputat lehinə, 162 deputat isə əleyhinə səs verib. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə məlumat verir.

Bundan öncə fəaliyyətdə olan Nazirlər şurasını İtaliya parlamentinin Senat nümayəndələri, o cümlədən Silvio Berluskoni və onun "Xalq Azadlığı" partiyasının nümayəndələri də daxil olmaqla, dəstəkləyiblər. Enriko Lettanın rəhbərliyi altında hökumətin işinin davam etdirilməsinin lehinə 235, əleyhinə isə 70 senator səs verib.

İtaliyalı senator və deputatların səsverməsinin nəticələri indiki hökumətə ən azı bir il fəaliyyət göstərmək imkanını verəcək. İtaliya isə 2014-ci ilin iyulun 1-dən problemsiz Avropa İttifaqının sədri olacaq.

Bundan öncə Letta hökumətinə etimad barədə çərşənbə günü Senatda baş verən səsvermənin nəticəsini Avropa komissiyasının sədri Joze Manuel Barrozu da dəstəkləyib.

Xəbər lenti

Xəbər lenti