...

Marneuli və Dmanisidə Müqəddəs Qurban bayramı təntənə ilə qeyd edilib

Dünya xəbərləri Materials 15 Oktyabr 2013 19:33 (UTC +04:00)
Oktyabrın 15-də azərbaycanlıların kompakt yaşadığı Marneuli və Dmanisi rayonlarında Müqəddəs Qurban bayramı təntənə ilə qeyd edilib.
Marneuli və Dmanisidə Müqəddəs Qurban bayramı
təntənə ilə qeyd edilib

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Oktyabrın 15-də azərbaycanlıların kompakt yaşadığı Marneuli və Dmanisi rayonlarında Müqəddəs Qurban bayramı təntənə ilə qeyd edilib.

Trend-in məlumatına görə, Marneulideki Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) sədri Fazil Həsənov Müqəddəs Qurban bayramı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezident seçkilərində qazandığı möhtəşəm qələbə münasibəti ilə soydaşlarımızı ürəkdən təbrik edib, onlara sülh, sevinc və əmin-amanlıq arzulayıb.

Marneuli rayon mərkəzində, həmçinin rayonun Kürtlər, Baydar, Muğanlı və Lejbədin kəndlərində 500-dən artıq imkansız ailələrə Qurban payları verilib. AMM-in əməkdaşlarının təşkilatçılığı ilə Ermənistanla sərhəddə yerləşən Xocornu və Sopi kəndlərində yaşayan 100-ə yaxın ailəyə də Qurban payları paylanılıb.

AMM-nin rəhbəri Fazil Həsənov jurnalistlərə açıqlamasında bu gün yalnız Marneuli şəhərində və digər kəndlərdə deyil, eyni zamanda sərhədyanı kəndlərdə yaşayan yoxsul ailələrə də Qurban payı verdiklərini bildirib: "Biz, əsasən yoxsul ailələrə Qurban payları verdik. Əməkdaşlarımız bu gün həm sərhədyanı kəndlərdə, həm də Marneuli rayonunun digər kəndlərində olmuş, ümumilikdə 600-dən artıq ailəyə Qurban payı verilmişdir. Biz belə tədbirləri hər il həyata keçiririk. Lakin bu il soydaşlarımız üçün ikiqat bayramdır - həm Müqəddəs Qurban bayramını, həm də ki Borçalıda bu gün firavan, əmin-amanlıq şəraitində yaşamalarına xalqımızın ümummilli lideri Heydər Əliyev şəxsiyyətinə borclu olan borçalılar onun siyasi kursunun davamçısı İlham Əliyevin vətəndaşların böyük etimadını qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsini yüksək sevinclə qeyd edirlər".

Fazil Həsənov həmçinin bildirib ki, bayram tədbirləri eyni zamanda Gürcüstanın digər bölgələri ilə yanaşı Dmanisi rayon mərkəzində və rayonun digər kəndlərində də davam edib: "Dmanisi rayonunun mərkəzində müasir üslubda inşa edilmiş "Heydər Əliyev Mərkəzi"nin qarşısında təntənəli bayram ovqatı yaşanıb. Rayonun ziyalıları, ağsaqqalları Müqəddəs Qurban bayramı münasibəti ilə xalqımıza əmin-amanlıq arzulamış, gürcü və azərbaycan xalqlarının dostluğunun qarantı kimi hər iki ölkənin dövlət başçılarının bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirmiş, eyni zamanda cənab İlham Əliyevə seçkilərdə qazandığı parlaq qələbə münasibəti ilə gələcək işlərində uğurlar diləmişlər. Rayon mərkəzi ilə yanaşı, rayonun digər kəndlərində yaşayan 250-dən artıq imkansız ailələrə Qurban payları verilmişdir."

Xəbər lenti

Xəbər lenti