...

Con Kerri: ABŞ hesab edir ki, Suriya kimyəvi silah üzrə razılaşmaları yerinə yetirməyi davam etdirəcək

Dünya xəbərləri Materials 1 Noyabr 2013 04:43 (UTC +04:00)
ABŞ Suriyanın kimyəvi silahına etibarlı möhürün vurulması barədə Kimyəvi silahların qadağan olunması üzrə təşkilatın (KSQOT) bəyanatını alqışlayır və Suriyadan aşağıdakı razılaşmanın mərhələlərinə əməl edilməsini tələb edəcək.
Con Kerri: ABŞ hesab edir ki, Suriya kimyəvi silah üzrə razılaşmaları yerinə yetirməyi davam etdirəcək

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

ABŞ Suriyanın kimyəvi silahına etibarlı möhürün vurulması barədə Kimyəvi silahların qadağan olunması üzrə təşkilatın (KSQOT) bəyanatını alqışlayır və Suriyadan aşağıdakı razılaşmanın mərhələlərinə əməl edilməsini tələb edəcək. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə ABŞ dövlət katibi Con Kerri cümə axşamı bildirib.

Kerri xatırladıbm ki, ABŞ və Rusiya arasında mövcud razılaşmalar çərçivəsində Suriya BMT və KSQOT nümayəndələrinə öz missiyalarının yerinə yetirilməsi və kimyəvi silahının tam məhv edilməsi üçün istənilən obyektə daxil olmasına tam imkan yaratmalıdır.

"Suriyanın öhdəlikləri aydındır və ona KSQOT-ın İcraiyyə Şurasının qərarını, eləcə də BMT TŞ-nin 2118 qətnaməsinin tələblərini tam yerinə yetirmək lazımdır".

Onun sözlərinə görə, ABŞ Suriyada kimyəvi silahın məhv edilməsi üzrə proqramın icrası üçün artıq 6 milyon dollar verib və vəsaitin ayrılmasını davam etdirmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti