Azərbaycan, Bakı, 1 noyabr /Trend/
Los-Anceles hava limanında baş vermiş atışma nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb.
Trend-in RİA Novosti agnetliyinə istinadən verdiyi məlumata görə, bu barədə xəbəri Fox telekanalı yayıb. Ölən hava limanının nəqliyyat təhlükəsizliyi İdarəsinin əməkdaşı olub.
Atəş açmaqda şübhəli bilinən şəxsin artıq saxlanıldığı bildirilir.