...

Pentaqonun rəhbəri və Misirin müdafiə naziri fövqəladə vəziyyətin ləğvini müzakirə ediblər

Dünya xəbərləri Materials 17 Noyabr 2013 05:28 (UTC +04:00)
Pentaqon rəhbəri Çak Xeyqel Misirin müdafiə naziri general Əbdül Fəttah əs-Sisi ilə Misirdə fövqəladə vəziyyətin və komendant saatı rejiminin ləğvini müzakirə edib.
Pentaqonun rəhbəri və Misirin müdafiə naziri fövqəladə vəziyyətin ləğvini müzakirə ediblər

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

Pentaqon rəhbəri Çak Xeyqel Misirin müdafiə naziri general Əbdül Fəttah əs-Sisi ilə Misirdə fövqəladə vəziyyətin və komendant saatı rejiminin ləğvini müzakirə edib. Trend İTAR-TASS agentliyinə istinadən, bu barədə məlumat verir.

Onların telefon danışığı barədə ABŞ müdafiə nazirliyinin nümayəndəsi Karl Vuq şənbə günü xəbər verib. "Nazir Xeyqel komendant saatı və fövqəladə vəziyyət haqqında qanunun qüvvəsinin dayandırılmasını alqışlayıb və vurğulayıb ki, Birləşmiş Ştatlar hər bir insanın dinc şəkildə öz fikirlərini ifadə etmək hüququnu dəyərləndirir", - Vuq deyib.

Pentaqon nümayəndəsinin sözlərinə görə, Misir və ABŞ müdafiə nazirləri "onların hökumətləri tərəfindən təhlükəsizlik sahəsində ikitərəfli münasibətlərə və ümumi maraqlara verilən vacibliyi vurğulayıblar".

Xeyqel öz Misirli həmkarına Qahirədə Misir və Rusiya xarici işlər və müdafiə nazirlərinin danışıqları keçiriləndən iki gün sonra zəng edib. Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşdən sonra Misirin müdafiə naziri general Əbdül Fəttah əs-Sisi bildirib ki, tərəflər hərbi-texniki sahədə konstruktiv əməkdaşlığın yeni erasını açırlar.

Xəbər lenti

Xəbər lenti