...

Kabildə törədilmiş teraktdan sonra BMT-nin 4 əməkdaşının taleyi məlum deyil

Dünya xəbərləri Materials 18 Yanvar 2014 02:15 (UTC +04:00)
Əfqanıstan paytaxtındakı BMT nümayəndəliyinin dörd əməkdaşının taleyi terror aktından sonra naməlum qalır.
Kabildə törədilmiş teraktdan sonra BMT-nin 4 əməkdaşının taleyi məlum deyil

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Əfqanıstan paytaxtındakı BMT nümayəndəliyinin dörd əməkdaşının taleyi terror aktından sonra naməlum qalır. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Assoşieyted Press agentliyi şənbə gününə keçən gecə məlumat verir.

BMT-nin Kabildəki nümayəndəsi Ari Qaitanisin (Ari Gaitanis) bildirdiyinə görə, BMT nümayəndəliyi cümə hücumunun bilavasitə yaxınlığındakı yerdə olan özünün dörd əməkdaşı ilə əlaqə saxlaya bilmir.

Partlayışlar Kabilin mərkəzindəki Livan mətbəxi restoranının yanında terroristlər tərəfindən cümə günü törədilib. Xəbər verildiyi kimi, xarici vətəndaşlar arasında 14 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti