...

Ukrayna Prezidenti ölkədə siyasi böhranın həlli üçün xüsusi işçi qrup yaradılmasını tapşırıb

Dünya xəbərləri Materials 20 Yanvar 2014 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 yanvar /Trend /

Ukrayna Prezidenti Viktor Yanukoviç Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Klyuyevə siyasi böhranın həlli olunması üçün xüsusi işçi qrup yaratmağı tapşırıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Ukrinform Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumatda deyilir: " Ukrayna Prezidenti Viktor Yanukoviç Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Klyuyevə siyasi böhranın aradan qaldırılması üzrə məsələlərə baxılması üçün Nazirlər Kabinetini və Prezident Administrasiyasını nümayəndələrinin iştirakı ilə işçi qrup yaratmağı tapşırıb".

Habelə dövlət başçısı 2014-cü il yanvarın 20-də işçi qrupun iştirakçılarının müxalifətin nümayəndələri ilə görüş keçirməsini tapşırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti