Azərbaycan, Bakı, 23 yanvar/Trend/
Sakit okeanda ABŞ-ın tərkibinə daxil olan Quam adasının şərqində 5,9 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı RİA Novosti ABŞ Geologiya Xidmətinə istinadən xəbər verir.
Yerli vaxtla saat 14:59-da qeydə alınmış zəlzələnin episentri adanın ən yaxın yaşayış məntəqəsindən 122 kilometr şərqdə olub.
Zəlzələnin ocağı yerin təqribən 30 kilometr dərinliyində yerləşib.
İlk yeraltı təkanlardan sonra regionda 5,5 və 4,7 bal gücündə zəlzələlər qeydə alınıb.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.