...

Ukraynada müxalifət və parlament çoxluğu konstitusiyanın dəyişməsinə dair güzəştə gediblər

Dünya xəbərləri Materials 5 Fevral 2014 14:50 (UTC +04:00)
Ukraynada müxalifət və parlament çoxluğu konstitusiyanın dəyişməsinə dair qarşılıqlı güzəştə gediblər.
Ukraynada müxalifət və parlament çoxluğu konstitusiyanın dəyişməsinə dair güzəştə gediblər

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Ukraynada müxalifət və parlament çoxluğu konstitusiyanın dəyişməsinə dair qarşılıqlı güzəştə gediblər. Trend-in çərşənbə günü İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Ukrayna Prezidentinin Ali Radadakı nümayəndəsi, Regionlar Partiyasının deputatı Yuri Miroşniçenko deyib.

Onun sözlərinə görə, artıq müsbət irəliləyişlər var: "Müxaliftdən olan həmkarlarımız güzəştli təkliflər irəli sürüblər. Lakin onları səsləndirməyəcəyik.Təkliflər konstitusiyasının dəyişməsi proseduru ilə bağlıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti