...

Devid Bekhem Mayamidə yeni furbol klubu yaradır

Dünya xəbərləri Materials 6 Fevral 2014 10:08 (UTC +04:00)
İngiltərə yığmasının keçmiş yarımmüdafiəçisi Devid Bekhem Mayamidə klub yaratdığını elan edib.
Devid Bekhem Mayamidə yeni furbol klubu yaradır

Azərbaycan, Bakı, 6 fevral /Trend/

İngiltərə yığmasının keçmiş yarımmüdafiəçisi Devid Bekhem Mayamidə klub yaratdığını elan edib. Bu klub Şimali Amerikanın əsas futbol liqasında (MLS) çıxış edəcək.

Bu barədə Bekhem özü xüsusi mətbuat konfransında danışıb. İlkin məlumatlara görə, yeni klub Liqada 2017-ci ildən çıxışlara başlaya biləcək. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər yayıb.

Bekhem kluba britaniyalı iş adamı Saymon Fuller və boliviyalı milyarder Marselo Klare ilə birlikdə sahiblik edəcək.

Bekhem 2007-ci ildən 2012-ci ilədək MLS-də "Los Anceles Qalaksi" klubunun tərkibində oynayıb. Bekhemin liqa ilə müqaviləsi MLS-də yeni komanda yaratmaq və onun şəriki olmaq hüququ verir.

Bekhem karyerasının başa çatdığını 2012/13-cü illər mövsümünün sonunda elan edib. Onun sonuncu klubu Fransanın "Pari Sen-Jermen" klubu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti