...

Kiyevdə hakimiyyətə dəstək nümayişinə 8 mindən çox insan toplaşıb

Dünya xəbərləri Materials 6 Fevral 2014 15:04 (UTC +04:00)
Kiyevdə hakimiyyət lehinə keçirilən nümayişdə 8 mindən artıq insan iştirak edir.
Kiyevdə hakimiyyətə dəstək nümayişinə 8 mindən çox insan toplaşıb

Azərbaycan, Bakı, 6 fevral/Trend/

Kiyevdə hakimiyyət lehinə keçirilən nümayişdə 8 mindən artıq insan iştirak edir.

Trend-in cümə axşamı İTAR-TASS-a istinadən verdiyi məlumata görə, nümayiş dinc xarakter daşıyır.

"Antimaydan" aksiyalarının rəhbəri Aleksandr Zinçenko deyib ki, nümayişçilər bütün məsələlərin sülh yolu ilə həll edilməsinin tərəfdadırıdırlar: "Bizim üzərimizdə silah yoxdur, üzlərimizi gizlətmirik. Yeganə silahımız qələbəyə olan inamdır".

Nümayişin keçirildiyi əraziyə hüquq-mühafizə orqanlarının 2 minə yaxın əməkdaşı cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti