...

Milli koalisiya Suriya arası danışıqları ABŞ dövlət katibinin müavini ilə müzakirə etməyi planlaşdırır

Dünya xəbərləri Materials 13 Fevral 2014 06:49 (UTC +04:00)
Suriya Milli koalisiyasının nümayəndə heyəti ABŞ dövlət katibinin müavini Uendi Şermanla görüşməyi planlaşdırır, lakin Suriya münaqişəsinə Vaşinqtonun mümkün hərbi müdaxilə məsələsini qaldırmaq niyyətində deyil.
Milli koalisiya Suriya arası danışıqları ABŞ dövlət katibinin müavini ilə müzakirə etməyi planlaşdırır

Azərbaycan, Bakı, 13 fevral /Trend /

Suriya Milli koalisiyasının nümayəndə heyəti ABŞ dövlət katibinin müavini Uendi Şermanla görüşməyi planlaşdırır, lakin Suriya münaqişəsinə Vaşinqtonun mümkün hərbi müdaxilə məsələsini qaldırmaq niyyətində deyil.

Trend RİA Novosti agentliyinə istinadən bu barədə Cenevrədə Milli koalisiyasının danışıqlardakı rəsmi nümayəndəsi Luay Səfi bildirib.

Şerman RF XİN rəhbərinin müavini Gennadi Qatilovla, həmçinin BMT və ƏDL-in Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi ilə birlikdə cümə axşamı ABŞ-Rusiya-BMT-nin danışıqlar prosesinin əlaqələndirilməsi üzrə Cenevrə-2 üçtərəfli görüşündə iştirak edəcək.

"Bəli, biz danışıqlarda irəliləyişin olmamasını müzakirə etmək üçün onunla (Şerman) görüşmək niyyətindəyik", - Səfi deyib.

Xəbər lenti

Xəbər lenti