...

ABŞ-da qaz kəməri partlayıb, bir neçə ev yanıb

Dünya xəbərləri Materials 13 Fevral 2014 14:53 (UTC +04:00)
Yerli vaxtla saat 02:00-da qeydə alınmış insident nəticəsində baş vermiş yanğın 3 yaşayış evinə keçib. Bundan başqa, 4 avtomobil də yanıb.
ABŞ-da qaz kəməri partlayıb, bir neçə ev yanıb

Azərbaycan, Bakı, 13 fevral /Trend/

ABŞ-ın Kentukki ştatının Ader dairəsində qaz kəməri partlayıb. Trend-in cümə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yaxınlıqdakı evlərin sakinləri hadisə yerindən təxliyə olunur.

Yerli vaxtla saat 02:00-da qeydə alınmış insident nəticəsində baş vermiş yanğın 3 yaşayış evinə keçib. Bundan başqa, 4 avtomobil də yanıb.

Yanğınsöndürüənlər alovun qarşısını almağa çalışırlar. Polisin məlumatına görə, ən azı bir nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti