...

Ukrayna Ali Radasına yeni spiker seçildi (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 22 Fevral 2014 14:59 (UTC +04:00)
Ukrayna Ali Radasının spikeri Vladimir Rıbak xəstəliyi ilə əlaqədar ərizə yazıb.
Ukrayna Ali Radasına yeni spiker seçildi (ƏLAVƏ OLUNUB)

İlk xəbər 12:26-da yayılıb

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Ukraynanın Ali Radasının yeni sədri seçilib. Parlamentdə keçirilən səsvermə zamanı Aleksandr Turçinov 288 səs topalamaqla Ukrayna Ali Radasının sədri seçilib. Trend-in məlumatına görə, xəbəri Rusiya KİV-i yayıb.

Xatırladaq ki, öncə Ukrayna Ali Radasının spikeri Vladimir Rıbak xəstəliyi ilə əlaqədar ərizə yazıb. Bu barədə Radanın vitse-spikeri Ruslan Koşulinski şənbə günü parlamentin iclasını açarkən məlumat verib.

Vitse-spiker deyib: "Ali Radanın rəhbəri Vladimir Vladimiroviç Rıbak xəstəliyi və müalicəsi ilə əlaqədar ərizə yazıb. O, Ukrayna Ali Radasının sədri səlahiyyətlərinin ondan alınmasını xahiş edir".

Qeyd edək ki, son rəsmi məlumatlara görə, Kiyevdə toqquşmalar nəticəsində ən azı 80 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti