...

Malayziyada qəzaya uğramış təyyarədə ölənlərin hansı ölkələrdən olduğu açıqlandı (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 8 Mart 2014 10:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 mart /Trend/

Radarlardan itmiş "Malaysia Airlines" aviaşirkətinə məxsus "Boenig 777-200" təyyarəsi çox ehtimal ki, dənizə düşüb. Bu barədə Vyetnamın "Tuoi Tre" agentliyi ölkənin HDQ-nin rəsmi nümayəndəsinin bəyanatına istinadən məlumat verib. Trend-in məlumatına görə, xəbəri RİA "Novosti" yayıb.

Məlumata görə, təyyarə Kamau burnunun şimal-qərbində yerləşən Vyetnamın Txo-Çu adasından 153 mil məsafədə düşüb. "Malaysia Airline" aviaşirkəti hələlik məlumatı təsdiq etməyib.

Qeyd edək ki, bir az əvvəl xəbər verilmişdi ki, təyyarə ilə son əlaqə sahildən təxminən 220 kilometr aralıda, Cənubi Çin dənizi üzərində olub. Malayziyanın paytatı Kuala-Lumpurdan Pekinə uçan və göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvü olan Boeing təyyarəsi şənbə günü Malayziya vaxtı ilə saat 02.40-da radarların ekranlarından itib.

"Malaysia Airlines" aviaşirkətinin məlumatına görə, təyyarədəki 227 sərnişindən 153-ü Çin, 38 nəfəri Malayziya, 12-si İndoneziya, 7-si Avstraliya, 4-ü ABŞ, 3-ü Fransa vətəndaşı olub. Bundan əlavə, təyyarədə hər birindən iki nəfər olmaqla Yeni Zelandiya, Ukrayna və Kanada, hər birindən bir nəfər olmaqla Rusiya, Tayvan, İtaliya, Niderland və Avstriya vətəndaşları olub. Xəbəri Vyetnamın "Tuoi Tre" agentliyi yayıb .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti