Azərbaycan, Bakı, 10 mart /Trend/
Ukraynanın hakimiyyətdən kənarlaşdırılmış Prezidenti Viktor Yanukoviç sabah Rostov-na-Donuda bəyanatla çıxış edəcək.
Trend-in məlumatına görə, bu barədə RİA Novostiyə V.Yanukoviçə yaxın mənbələrdən bildiriblər.
V.Yanukoviçin bəyanatı nə vaxt və hansı məkanda verəcəyi barədə məlumat daha sonra veriləcək.