Azərbaycan, Bakı, 11 mart /Trend/
Niger Prezidenti Mahamadu İssufu dövlət başçısı kimi ilk səfərini Türkiyəyə edib. İssufunun Türkiyəyə dördgünlük rəsmi səfəri bu gün başlayıb. Bu barədə Trend TRT telekanalının saytına istinadən xəbər verir.
Sabah İssufu və onu müşayiət edən çoxsaylı nazirlərdən ibarət nümayəndə heyəti artıq öz rəsmi görüşlərinə başlayacaq.
Çərşənbə günü İssufu iki ölkə sahibkarlarının iştirakı ilə İstanbulda təşkil olunacaq işgüzar forumda iştirak edəcək.
İssufunun Türkiyəyə səfəri çərçivəsində dövlətlər arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bir sıra mühüm sənədlər imzalanacaq.