...

XİN rəhbəri: İran və Türkiyə terrorizmlə mübarizə aparmaq iqtidarındadır

Dünya xəbərləri Materials 11 Mart 2014 03:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend /

İran və Türkiyə Yaxın Şərqdə terrorizmlə mübarizə üçün bütün zəruri imkanlara malikdir. Trend PressTV tekanalına istinadən bu barədə İran XİN rəhbəri Məhəmməd Cavad Zərif Türkiyənin xarici işlər nazirinin müavini Feridun Sinirlioğlu ilə görüşündə bazar ertəsi bildirib.

Zərifin sözlərinə görə, Türkiyə və İranın bir sıra regional və qlobal məsələlərə ümumi baxışları var.

"Ölkələrimiz ekstremizmlə mübarizə və regionun problemlərinin həlli üçün böyük potensiala malikdir", - Zərif əlavə edib.

Nazir İranla "altılıq" arasında ölkənin nüvə proqramı üzrə danışıqlar prosesinin mürəkkəb xarakter daşıdığını göstərib.

"Tehran ümid edir ki, danışıqlar İran xalqının maraqlarına uyğun keçiriləcək", - Zərif bildirib.

Türkiyə XİN rəhbərinin müavini öz növbəsində qeyd edib ki, ölkələr arasında ikitərəfli münasibətlərin genişlənməsi regional sabitlik və təhlükəsizlik üçün müsbət təsir göstərəcək.

Xəbər lenti

Xəbər lenti