...

RF XİN: Kimyəvi maddələr Suriyanın xaricində məhv edilməsi üçün aprelin 13-nə qədər daşına bilər

Dünya xəbərləri Materials 14 Mart 2014 08:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend/

Suriya xaricində məhv edilməli olan bütün kimyəvi maddələr aprelin 13-dək ölkədən çıxarıla bilər. Trend Ria Novosti agentliyinə istinadən bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Təhlükəsizlik və tərksilah məsələləri üzrə departamentinin direktoru Mixail Ulyanov deyib.

"Əgər heç bir yeni maniələr olmasa, onda düz bir aydan sonra, aprelin 13-də, daşınma, demək olar ki, başa çatacaq", - Ulyanov deyib.

O, qeyd edib ki, hazırda kimyəvi maddələrin ümumi həcminin təxminən 33% -i Suriyadan çıxarılıb. Suriya hakimiyyəti izopropanolu öz ərazisində məhv edib.

Ulyanov vurğulayıb ki, kimyəvi maddələrin Aralıq dənizində amerikanın Cape Ray gəmisində məhv edilməsi prosesi bu il aprelin sonuna qədər başlanmalıdır.

Xəbər lenti

Xəbər lenti