...

Krımın statusu haqqında referendumda səsvermə başlayıb

Dünya xəbərləri Materials 16 Mart 2014 10:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart /Trend/

Krım və Sevastopolun dövlət mənsubiyyəti barədə referendumda səsvermə üçün məntəqələr açılıb, region sakinləri Ukrayna tərkibində səlahiyyətlərin genişləndirilməsi və ya Rusiya Federasiyasına qoşulması arasında seçim etməlidirlər. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Səsvermə yerli vaxtla 8:00-dən 20:00-dək davam edəcək. Seçici siyahılarına 1,515 milyon Krım və 305 min Sevastopol sakini daxil edilib.

Krım ərazisində 1205, Sevastopolda - 192 seçki məntəqəsi işləyəcək.

Seçkilərdə iştirak həddi olmayacaq. Seçicilər pasportu təqdim etməklə bülletenləri ala biləcəklər. Yalnız qeydiyyat yeri üzrə səs vermək mümkün olacaq, uçotdan çıxma vəsiqələri nəzərdə tutulmayıb.

Krım və Sevastopol üzrə referendumda işləmək üçün 23 ölkədən 800-dən artıq jurnalist və 180-dən çox müşahidəçi qeydiyyatdan keçib. Exit pollun keçirilməsi üçün yeganə təşkilat - Respublika sosioloji və siyasi araşdırmalar institutu akkreditasiya alıb.

Referendumun ilkin nəticələri artıq səsvermə başa çatdıqdan bir neçə saat sonra elan oluna bilər, lakin yekun nəticə - martın 17-də, referendumun keçirilməsi üzrə Krım komissiyasının rəhbəri Mixail Malışev hesab edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti