...

RF nümayəndə heyətinin rəhbəri: Krımda referendum mütəşəkkil və ciddi pozuntular olmadan keçir

Dünya xəbərləri Materials 16 Mart 2014 19:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart /Trend/

Müşahidəçi qrupuna rəhbərlik edən Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Slutski qeyd edib ki, Krımda referendum ciddi qanun pozuntusu olmadan və son dərəcədə yüksək fəallıqla keçir. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

"Seçkilər ciddi pozuntular olmadan sistemli, mütəşəkkil şəkildə keçirilir. Son dərəcədəki fəallıq ilk saatlardan artıq 50% keçib ", - Slutski bazar günü jurnalistlərə deyib.

Belə ki, yerli vaxtla saat 15:00-dək referendumda Krım əhalisinin təxminən 64 faizi və ya 970 min nəfəri iştirak edib.

Xəbər lenti

Xəbər lenti