...

Suriyada yaraqlılar Hələbin yaşayış məhəllələrini atəşə tutublar, səkkiz nəfər ölüb

Dünya xəbərləri Materials 21 Mart 2014 21:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 mart /Trend/

Suriyada silahlı müxalifətin yaraqlıları minaatanlardan Hələbin qərbindəki yaşayış məhəllələri atəşə tutublar. Mərmilər El-Əziziya, Teləl və Nil küçələrində partlayıblar, nəticədə səkkiz nəfər həlak olub, 30-dan çox yaralanıb. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən məlumat verir.

Şəhərin qərb rayonları 20-dən artıq quldur birləşmələrinə qarşı duran Suriya ordusunun himayəsi altındadır. Hökumət qoşunları, yaraqlıları təslim olmağa məcbur etməyə çalışaraq, şimal və cənub-şərq istiqamətlərində hücum edirlər.

Küçə döyüşləri köhnə şəhərdə və 16 digər məhəllələrdə gedir. Mərkəzi həbsxana rayonu, sənaye zonası, Candül, El-Mənsur və Çaidin meydanları ən təhlükəli yerlərə çevriliblər.

Xəbər lenti

Xəbər lenti