Azərbaycan, Bakı, 25 mart /Trend/
Ukrayna parlamenti ölkənin müdafiə naziri səlahiyyətlərinin icraçısı İqor Tenyuxun istefasını qəbul etməyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı RİA Novosti xəbər yayıb.
Çərşənbə axşamı Tenyux parlamentdə çıxışı zamanı istefa verdiyini bəyan edib.
Müdafiə naziri səlahiyyətlərinin icraçısının istefasının lehinə 197 deputat səs verib. Halbuki istefanın qəbul edilməsi üçün 226 səs lazım idi.