Azərbaycan, Bakı, 5 may /Trend/
Bazar ertəsi səhər Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərində televiziya qülləsinin yanında silahlı münaqişə başlayıb. Trend-in məlumatına görə, bu barədə "RBK-Ukrayna" TSN-ə istinadən xəbər yayıb.
Atışma zamanı həlak olanlar və yaralılar barədə rəsmi məlumatlar yoxdur.
Sosial şəbəkələrdə istifadəçilər Rusiyayönümlü fəallar tərəfdən bir nəfərin öldüyü və bir neçə nəfərin xəsarət alması barədə yazırlar.
KİV xəbər verir ki, gecə Slavyanskda iki blok-postda atışma olub. Ölən və yaralılar barədə hələlik məlumat verilmir.