...

Misirdə ehtimal olunan 200 cihadçını mühakimə edəcəklər

Dünya xəbərləri Materials 10 May 2014 23:46 (UTC +04:00)
Misir hakimiyyəti "Ənsər Beyt Makdis" islamçı qruplaşmasının ehtimal edilən 200 üzvünü terrorçuluqda ittiham edib.
Misirdə ehtimal olunan 200 cihadçını mühakimə edəcəklər

Azərbaycan, Bakı, 10 may / Trend /

Misir hakimiyyəti "Ənsər Beyt Makdis" islamçı qruplaşmasının ehtimal edilən 200 üzvünü terrorçuluqda ittiham edib. Trend BBC telekanalına istinadən bu barədə məlumat verir.

Hələlik məhkəmə iclasının vaxtı elan olunmayıb. Bildirilir ki, təxminən təqsirləndirilən şəxslərin yalnız yarısı həbsdədir, qalanları isə məhkəmədən gizlənirlər.

Bundan öncə qruplaşma Misirdə təhlükəsizlik qüvvələrinə qarşı bir sıra hücumların məsuliyyətini öz üzərinə götürüb.

Hücumlar ötən ilin iyulunda Məhəmməd Mursi prezident postundan kənarlaşdırılandan sonra artıb. Hakimiyyət Mursi tərəfindən rəhbərlik edilən "Müsəlman Qardaşları" islamçı hərəkatını dəfələrlə ittiham edib.

Xəbər lenti

Xəbər lenti