...

Qəzet: Ermənistan əhalisinin sosial vəziyyəti pisləşəcək

Dünya xəbərləri Materials 18 İyul 2014 13:44 (UTC +04:00)
Ermənistanda elektrik enerjisi tariflərinin artırılması ilə əlaqədar ölkə əhalisinin sosial vəziyyətinin pisləşəcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə "news.am" saytı "İrates de facto" qəzetinə istinadən xəbər yayıb.
Qəzet: Ermənistan əhalisinin sosial vəziyyəti pisləşəcək

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Ermənistanda elektrik enerjisi tariflərinin artırılması ilə əlaqədar ölkə əhalisinin sosial vəziyyətinin pisləşəcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə "news.am" saytı "İrates de facto" qəzetinə istinadən xəbər yayıb.

Qəzetdə qeyd olunub ki, artımın avqustun 1-dən baş verəcəyinə baxmayaraq, son iki həftə ərzində ölkədəki mağazalarda bəzi malların qiymətləri artıq iki dəfə bahalaşıb: "Eləcə də söhbət yerli mallardan gedir. Bu hal gözlənilməz deyil. Bundan əlavə, xüsusilə avqustun 1-dən sonra bütün yerli istehsal məhsullarının qiymətlərinin artacağını gözləmək olar. Yəni, çörəyin, yumurtanın, süd məhsullarının və digər ilkin tələbat mallarının, texniki və başqa məhsulların qiymətləri bahalaşacaq. Bu isə o deməkdir ki, yaxın vaxtlarda, daha dəqiq qış dövründə əhalinin sosial vəziyyəti xeyli pisləşəcək".

Qeyd edək ki, Ermənistanın İctimai xidmətlərin tənzimləməsi komissiyası iyulun 1-də keçirilən iclasında elektrik enerjisi tariflərinin artırılması haqqında qərar qəbul edib. Qərara görə, avqustun 1-dən ölkədə elektrik enerjisi tarifləri 10 faiz artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti