Azərbaycan, Bakı, 5 avqust/Trend/
Hələ ki, Qəzza sektorunda hərbi əməliyyat davam edir, Türkiyə İsraillə energetika məsələlərində əməkdaşlıq etmək niyyətində deyil. Trend "Anadolu" agentliyinə istinadən bu barədə bazar ertəsi Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.
Onun sözlərinə görə, siyasi səbəblər olduğundan, Türkiyə İsrail və Avropa arasında ölkəsi ərazisindən qaz kəmərinin çəkilməsinə icazə verməyəcək.
"Yalnız Qəzza sektorunda hərbi əməliyyatların dayandırılması halda Türkiyə İsraillə enerji məsələlərini müzakirə etməyə razı olar", - nazir bildirib.