Azərbaycan, Bakı, 30 sentyabr /Trend/
Çeçenistan Respublikasının hərbi komissarlıqlarında payız çağırış kampaniyasına hazırlıq gedir. Çağırış komissiyaları oktyabrın 1-dən respublikanın 17 rayon bələdiyyə idarəsində işə başlayacaq. Trend xəbər verir ki, bu barədə İTAR-TASS Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən xəbər yayıb.
Bu il 500 çağırışçının xidmətə çağırılacağı planlaşdırılır, birinci qrup artıq oktyabrda orduya göndəriləcək.
Cənub Hərbi Dairəsinin məlumatında deyilir ki, gənclərin hamısı tibbi komissiyadan keçib. Çağırış komissiyalarının işində valideynlər və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.