...

Türkiyənin xarici işlər naziri və ABŞ prezidentinin nümayəndəsi Suriya və "İslam Dövləti"nin problemlərini müzakirə ediblər

Dünya xəbərləri Materials 10 Oktyabr 2014 05:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ prezidentinin "İslam Dövləti" ilə mübarizə üzrə xüsusi nümayəndəsi, ordu generalı Con Allen arasında keçirilən görüşdə əsasən, Suriya və "İslam Dövləti"nin məsələləri müzakirə edilib. Trend Anadolu agentliyinə istinadən bu barədə məlumat verir.

Diplomatik mənbələrdən verilən məlumata görə, Allen Türkiyənin bu günə qədər İraq və Suriyadan gələn qaçqınlara göstərdiyi yardımlara görə təşəkkür edərək, Mosulda saxlanılan türk vətəndaşlarının sərbəst buraxılmasına məmnunluğunu bildirib.

Allen öz əvvəlki danışıqları barədə Çavuşoğlunu məlumatlandıraraq, atılan zəruri addımlar barədə fikirlərini bildirib və qeyd edib ki, regionda təhlükəsizlik problemləri vahid strategiya ilə həll olunmalıdır.

O, qeyd edib ki, regionun təhlükəsizlik problemlərinin kökündə rejimlərin mövcudluğu dayanır və Suriyadakı siyasi transformasiya Cenevrə Konvensiyasına uyğun olaraq keçirilməlidir.

Con Allen həmçinin Daxili İşlər nazirinin müşaviri Firudin Sinirlioğlu ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti