...

Ermənistanda MDB ölkələri HHM sisteminin qüvvə və vasitələrinin məşqi keçirilir

Dünya xəbərləri Materials 21 Oktyabr 2014 14:46 (UTC +04:00)
Ermənistanda Rusiyanın Cənub Hərbi Dairəsinin və Ermənistan Silahlı Qüvvələrinin zenit və aviasiya bölmələrinin iştirakı ilə MDB ölkələri Hava Hücumundan Müdafiə (HHM) sisteminin qüvvə və vasitələrinin birgə məşqi başlanılıb.
Ermənistanda MDB ölkələri HHM sisteminin qüvvə və vasitələrinin məşqi keçirilir

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Ermənistanda Rusiyanın Cənub Hərbi Dairəsinin və Ermənistan Silahlı Qüvvələrinin zenit və aviasiya bölmələrinin iştirakı ilə MDB ölkələri Hava Hücumundan Müdafiə (HHM) sisteminin qüvvə və vasitələrinin birgə məşqi başlanılıb. Trend xəbər verir ki, bu barədə "Mediamaks" Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Komanda məşqlərinin gedişində MDB ölkələri HHM sisteminin havadakı şərti rəqibin aşkar edilməsi, ələ keçirilməsi və məhv edilməsi strukturlarının qarşılıqlı fəaliyyəti, ölkədə yerləşdirilən hava sərhədlərinin və bölmələrin gizlədilməsi və fəlakətə düşən hava gəmilərinə yardım edilməsinin məşq edilməsidir.

Məşqdə 30-a yaxın kontrol hədəfin məhv edilməsi üzrə təlim-döyüş tapşırığının yerinə yetirilməsində 25 ədədə yaxın aviasiya texnikası - MiQ -29, Su-25 qırıcıları və Mi-24 və Mi-8 helikopterləri, 100 ədəddən çox zenit raket hissələrinin xüsusi hərbi texnikası, eləcə də 500-dən artıq hərbi qulluqçu iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti