Azərbaycan, Bakı, 6 noyabr /Trend/
BMT Qərbi Afrikada "Ebola" virusuna qarşı mübarizəni uğurla başa çatdırmaq üçün kifayət qədər resurslara malik deyil. Trend-in məlumatına görə, bu barədə BBC News xəbər yayıb.
BMT-nin Qərbi Afrikada "Ebola" virusu ilə mübarizə missiyasının rəhbəri Toni Banburi BBC-yə müsahibəsində deyib: "Ebola"ya qalib gəlmək imkanları hələ yoxdur. Hələ heç bir kömək almayan insanlar, kəndlər və şəhərlər qalır və bizdə bunu düzəltmək üçün imkanlar yoxdur".
Onun sözlərinə görə, "Ebola"nın Liberiyada, Syerra-Leonedə və Qvineyada yayılması davamlıdır.
Son hesablamalara görə, bu virusdan ölənlərin sayı 4818 nəfərdir.