...

BMT: Suriyada İD üzrə hava hücumlarının qurbanı 50 dinc sakin olub

Dünya xəbərləri Materials 26 Noyabr 2014 05:05 (UTC +04:00)
ABŞ başda olmaqla beynəlxalq koalisiya qüvvələri tərəfindən Suriyada "İslam dövləti" (İD) qruplaşması yaraqlılarının mövqelərinə vurulan aviazərbələrin qurbanı 50 dinc sakin olub.
BMT: Suriyada İD üzrə hava hücumlarının qurbanı 50 dinc sakin olub

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

ABŞ başda olmaqla beynəlxalq koalisiya qüvvələri tərəfindən Suriyada "İslam dövləti" (İD) qruplaşması yaraqlılarının mövqelərinə vurulan aviazərbələrin qurbanı 50 dinc sakin olub. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

Bu barədə BMT-nin baş katibi Pan Gi Munun BMT Təhlükəsizlik Şurası üçün Inner City Press nəşri tərəfindən aldığı məruzədə deyilir.

Məruzəyə əsasən, "beynəlxalq koalisiya qüvvələri praktiki olaraq hər gün Suriyada İD-nin mövqelərinə hava zərbələrini endirməkdə davam edir, nəticədə 865 nəfər, o cümlədən 50 dinc sakin daxil olmaqla həlak olublar".

Bildirilir ki, dinc vətəndaşlar yaraqlıların mövqelərinə endirilən aviazərbələr nəticəsində Hələb, Deyr-əz-Zor, Xaseke, İdlib və Rakke şəhərlərində həlak olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti