...

Tətilə baxmayaraq Gürcüstan dəmir yolları fasiləsiz işləyir

Dünya xəbərləri Materials 26 Noyabr 2014 11:49
“Gürcüstan Dəmir Yolları” həm sərnişindaşıma, həm də yükdaşımalar üzrə fasiləsiz işləyir.
Tətilə baxmayaraq Gürcüstan dəmir yolları fasiləsiz işləyir

Trend-i buradan izləyin

Gürcüstan, Tbilisi, 26 noyabr /Trend, Nana Kirsxaliya/

"Gürcüstan Dəmir Yolları" həm sərnişindaşıma, həm də yükdaşımalar üzrə fasiləsiz işləyir. Trend xəbər verir ki, bu barədə çərşənbə günü "Gürcüstan Dəmir Yolları" SC-nin yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, əməkdaşların bir hissəsinin elan etdikləri tətil şirkətin fəaliyyətinə heç bir təsir göstərməyəcək.

Bir müddət əvvəl gürcü dəmiryolçuların müddətsiz tətil elan etmək niyyətində olduqları bildirilmişdi.

Bəyanatda deyilir: "Bu, həmkarlar ittifaqı ilə GDY administrasiyası arasında danışıqların yekunlarından narazı qalan dəmiryolçuların az qismidir. Bizim fikrimizcə, problem yoxdur, çünki dəmiryolçuların 9 tələbindən 7-si təmin olunub".

Həmçinin bildirilir ki, daşınmalar heç bir problem olmadan həyata keçiriləcək və problemlər gələcəkdə də olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti