Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir Elmira Tariverdiyeva/
İranın Su və Enerji Resursları Şirkəti Xəzər dənizindən Urmiya gölünə su daşınması imkanını öyrənir. Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu şirkətin icraçı direktoru Məhəmməd Rza Rzazadə deyib.
Onun sözlərinə görə, şirkət son 3 ayda Norveç, Avstriya və Şimali Amerikadan olan konsultantların köməyi ilə araşdırmalar aparır: "Araşdırmaları il ərzində yekunlaşdırmağı planlaşdırırıq".
İcraçı direktor əlavə edib ki, bərpa üzrə indiki səylər səmərəli olmasa, göl 4 il ərzində bataqlığa çevriləcək.
Urmiya gölü İranın şimal-qərbində yerləşir. Göldə suyun səviyyəsi 1995-ci ildən azalır.
Urmiya gölünün sahəsi təqribən 6 min kvadratkilometrdir. Gölün xilas edilməsi üçün hər il 3,1 milyard kubmetr su lazımdır.