Gürcüstan, Tbilisi, 12 dekabr /Trend, müxbir Nana Kirsxaliya/
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və onun erməni həmkarı Ovik Abramyan Sadaxlo-Baqrataşeni buraxılış məntəqəsi yaxınlığında, Debeda çayı üzərində yeni körpünün tikintisi ilə bağlı hökumətlərarası sazişi paraflayıblar.
Gürcüstan hökumətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ilin sonunadək sazişin imzalanmasını nəzərdə tutulan protokol rəsmiləşdirilib.