...

Türkiyədə mədən işçiləri tətil edirlər

Dünya xəbərləri Materials 19 Dekabr 2014 09:55 (UTC +04:00)
Türkiyənin Zonquldağ vilayətində kömür mədənlərinin işçiləri tətil edirlər.
Türkiyədə mədən işçiləri tətil edirlər

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Zonquldağ vilayətində kömür mədənlərinin işçiləri tətil edirlər. Bu barədə cümə günü Trend "TRT Haber" telekanalına istinadən xəbər verir.

Onlar mədəndə çoxsaylı işçilərin ixtisarına etiraz edirlər.

400-dən artıq işçi mədənlərə enərək yerin altında işdən çıxarılanların geri qaytarılması tələbi ilə tətil edirlər.

İşdən qovulanların dəqiq sayı açıqlanmır.

Türkiyə ərazisində 740 kömür mədəni fəaliyyət göstərir. Həmin mədənlərdə 48 706 insan çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti