...

Volkan Bozkır: Avropa İttifaqına üzvlüyə qəbul olunmamaq Türkiyəni narahat etmir

Dünya xəbərləri Materials 22 Dekabr 2014 10:31 (UTC +04:00)
Əgər Avropa İttifaqı Türkiyənin üzvlüyə qəbul edilməməsinə qərar verərsə, bu, ölkəni narahat etmir.
Volkan Bozkır: Avropa İttifaqına üzvlüyə qəbul olunmamaq Türkiyəni narahat etmir

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Əgər Avropa İttifaqı Türkiyənin üzvlüyə qəbul edilməməsinə qərar verərsə, bu, ölkəni narahat etmir. Bunu Türkiyənin Aİ işləri üzrə naziri Volkan Bozkır bəyan edib. Bu barədə Trend bazar ertəsi "Anadolu" agentliyinə istinadən məlumat verir.

Onun sözlərinə görə, Aİ ilə danışıqlara başlandıqdan sonra Türkiyədə 160-dan artıq islahat həyata keçirilib.

Türkiyə Avropa İttifaqına üzvlüklə bağlı rəsmi danışıqlara 2005-ci ildən başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti