...

Odessada Leninin heykəli sökülüb

Dünya xəbərləri Materials 3 Yanvar 2015 08:40 (UTC +04:00)
Yerə düşəndə heykəl bir neçə hissəyə parçalanıb
Odessada Leninin heykəli sökülüb

Azərbaycan, Bakı, 3 yanvar /Trend/

Odessanın Krasnıye Okna vilayətində Vladimir Leninin heykəli sökülüb. Yerə düşəndə heykəl bir neçə hissəyə parçalanıb.

Trend Lenta.ru-ya istinadan xəbər verir ki, Odessanın "Svoboda" hərəkatının sosial şəbəkələrində yayılan məlumata əsasən, nasionalistlər belə Stepan Banderanın ad gününü qeyd ediblər (yanvarın 1 onun 106 yaşı tamam olacağdı).

Bu, Leninin regionda sökülən ilk heykəli deyil. Bundan əvvəl heykəllər Odessanın özündə, Bolqrad, Beryozovka şəhərində və Kirniçki kəndində sökülüb.

Xəbər lenti

Xəbər lenti