...

Əhməd Davudoğlu ölkənin investisiya planlarını açıqlayıb

Dünya xəbərləri Materials 5 Yanvar 2015 14:57 (UTC +04:00)
Türkiyənin investisiyaları dünyanın bütün ölkələrinin iqtisadiyyatlarına qoyulmalıdır və yeni ilin əsas xüsusiyyəti Türkiyənin müxtəlif ölkələrin iqtisadiyyatlarına sərmayə qoyması olacaq.
Əhməd Davudoğlu ölkənin investisiya planlarını açıqlayıb

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin investisiyaları dünyanın bütün ölkələrinin iqtisadiyyatlarına qoyulmalıdır və yeni ilin əsas xüsusiyyəti Türkiyənin müxtəlif ölkələrin iqtisadiyyatlarına sərmayə qoyması olacaq. Bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib. Bu barədə bazar ertəsi Trend ölkənin "TRT Haber" telekanalına istinadən xəbər verir.

Baş nazirin sözlərinə görə, Türkiyənin makroiqtisadi planları var və ölkənin xaricdəki səfirlikləri həmin dövlətlərdə Türkiyədən olan sərmayəçilərin sayının artmasına kömək etməlidirlər.

Davudoğlu bildirib ki, Türkiyə qonşu ölkələrlə iqtisadi inteqrasiyanı inkişaf etdirməlidir.

Onun sözlərinə görə, Türkiyə hər bir ölkə ilə iqtisadi əlaqələrin genişləndirilməsi strategiyasına malik olmalıdır.

Baş nazir qeyd edib ki, Ankara habelə Çin və Hindistanla da iqtisadi əlaqələri inkişaf etdirmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti