...

İngiltərə Norveçdən elektrik enerjisi alacaq

Dünya xəbərləri Materials 6 Yanvar 2015 19:53 (UTC +04:00)
İngiltərə maliyyə dəyəri təqribən 2 milyard avro olan layihə sayəsində Norveçdən elektrik enerjisi idxal etməyə hazırlaşır.
İngiltərə Norveçdən elektrik enerjisi alacaq

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Məftun Salmanov/

İngiltərə maliyyə dəyəri təqribən 2 milyard avro olan layihə sayəsində Norveçdən elektrik enerjisi idxal etməyə hazırlaşır.

Trend-in Türkiyənin "Yeni Şəfəq" qəzetinə istinadən verdiyi məlumata əsasən, iki ölkəni birləşdirəcək xəttin inşasına bu il başlanılacağı gözlənilir.

Layihənin 2020-ci ildə başa çatdırılması planlaşdırılır. Norveçdə su elektrik stansiyalarından başlayacaq elektrik xəttinin 700 kilometrlik hissəsinin dənizin dibi ilə İngiltərəyə çatdırılması nəzərdə tutulur.

Xətt vasitəsilə təqribən 1400 meqavat elektrik enerjisinin İngiltərəyə idxal ediləcəyi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti