...

Brent neftinin bareli altı il ərzində ilk dəfə 50 dollardan aşağı düşüb

Dünya xəbərləri Materials 7 Yanvar 2015 13:48 (UTC +04:00)
Çərşənbə günü London neft birjasında Brent markalı nefin bir bareli 50 dollardan aşağı düşüb.
Brent neftinin bareli altı il ərzində ilk dəfə 50 dollardan aşağı düşüb

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Çərşənbə günü London neft birjasında Brent markalı nefin bir bareli 50 dollardan aşağı düşüb. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.

Son məlumatlara görə, burada neftin bir bareli 49,98 dollara satılır ki, bu da 2009-cu ildən bəri əm aşağı qiymətdir.

Bu gün barel artıq dəyərinin 2,15 faizini (1,12 dollar) itirib.

Bundan əvvəl xəbər verilmişdi ki, fevralda Nyu-York hərraclarında Texac əlvan neftinin (WTI) satış dəyəri 2,11 dollar (4,22 faiz) azalaraq 47,93 dollar olub. Sonuncu dəfə o, 2008-ci il dünya maliyyə böhranı dövründə bu qiymətdə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti